Azərbaycanda mehmanxanaların gəlirləri 42 % artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,4 % artaraq 209,3 milyon manat olub.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 60,1 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,4 %-i ictimai iaşə xidmətlərindən, 4,4 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,1 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,6 % olub (Ötən ilin yanvar-iyun aylarında 12,4 %). Bu göstərici Naftalanda 43,4 %, Şabranda 35,4 %, Bakıda 27,1 %, Beyləqanda 26,9 %, Qubada 23,2 %, Bərdədə 22,8 %, Qusarda 19,5 %, Sabirabadda 18,7 %, Şuşada 18,6 %, Lənkəranda 17,9 %, Ağcabədidə 17,4 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR