Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər tutuldu

Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər tutulub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR