Əli Əhmədov Qırğızıstanın Baş naziri ilə görüşüb

İyulun 26-da Qırğız Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Çolpon-Ata şəhərində Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin və bu səfərlər zamanı imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində başlıca rolunu qeyd ediblər.

Çolpon-Ata şəhərində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası komissiyasının 5-ci iclasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar, turizm və digər sahələrdə gələcək inkişafının perspektivləri müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı