Bu dövlət qurumlarının əməkdaşları haker hücumuna məruz qalıb - SİYAHI

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və yarana biləcək təhlükələrdən qorunması məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqlərini davam etdirir.

Metbuat.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, ikinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.

“Məlumat üçün qeyd edirik ki, 2-ci rübün nəticələrinin 1-ci rüb ilə müqayisəsindən görmək olar ki, kiberhücumların qurbanına çevrilmiş dövlət qulluqçularının sayında 3 dəfəyə qədər azalma müşahidə olunub. Belə ki, 1-ci rüb ərzində haker hücumlarının qurbanına çevrilmiş dövlət qulluqçularının sayı 101 idi.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında xidmətimizdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikasını müəyyən etmək mümkün olub”, - deyə bildirilir.

İkinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı şəkildə kimidir.

Qeyd etmək lazımdır ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı 6472 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı