Sardorbek Khamidov Azərbaycanda təltif edildi

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir. Tibb inkişaf etdikcə ağız boşluğu, dişlərin strukturu, xəstəlikləri və müalicəsi ilə məşğul olan peşəkar həkimlərə ehtiyac duyulur. Bu sahədə Özbəkistanın tələbatlı simalarından biri də Dr. Sardorbek Khamidovdur.

Sardorbek Khamidov Daşkənd Dövlət Stomatologiya İnstitutunda ali tibb təhsili alıb.

Təhsilini başa vurduqdan sonra dişlərin estetik bərpası üzrə ixtisaslaşan özbəkistanlı gənc dentist Dubay, Moskva Və Sankt-Peterburq şəhərlərində təkmilləşmə kursu keçir.

Sözügedən şəhərlərdə o, dişlərin bədii bərpası, zirkonium diş protezlərinin əsasları, dişlərin ağardılması üzrə ixtisasını artırır.

Özbəkistanlı gənc dentist Dr. Sardorbek Khamidov, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Well Know Dentist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR