Azərbaycanda əcnəbilər bank kartları ilə 1 mlrd. manatlıq əməliyyat aparıblar

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində xarici maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 999,9 milyon manat dəyərində əməliyyat aparılıb.

Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% və ya 100.1 milyon manat azalıb.

Xatırladaq ki, cari ilin iyun ayında 148,6 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da illik müqayisədə 28% və ya 55 milyon manat azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı