156 milyonluq çılğın təklif qəbul edildi - Sürpriz həmlə

“Əl-Hilal” klubu PSJ-nin futbolçusu Marko Verratti üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Əl-Hilal” Verattiyə 3 illik müqavilə təklif edib. “La Gazetta dello Sport”un məlumatına görə, Səudiyyə klubu Verattiyə 3 il üçün 156 milyon avro təklif verib. Səudiyyə klubu Paris komandasının əvəzolunmaz oyunçusunu razı salmağa çalışarkən, PSJ-nin “Əl-Hilal”ın təklifini qəbul etdiyi bildirilir. PSJ-yə təklif edilən transfer məbləği barədə mediaya məlumat verilməyib. Ulduz yarımmüdafiəçinin PSJ ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, “Əl-Hilal” bundan əvvəl Ruben Neves, Koulibaly, Sergej Milinkovic və Malkomu heyətinə qatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR