AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradıldı

AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilməsi haqqında” Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb.

Metbuat.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

AMEA-nın prezidenti İsa Həbibbəyli bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələnin həvalə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib.

AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib. Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR