Şahruddinin üstündən xətt çəkildi: "Qarabağ" İngiltərədən qapıçı alır - FOTO

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.

Metbuat.az "Offsideplus.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin əsas "çərçivə qoruyucusu" Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

"Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.

"Atlılar" Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.

Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.

Onu da bildirək ki, təcrübəli "əlcək sahibi" çiynindən aldığı zədə səbəbilə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az

 99401014 nicholls rex


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı