Mənsimovun atasının 40 məclisinə məşhurlar axın etdi - FOTO

Bu gün Bakıda Heydər məscidində “Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun mərhum atası Qurbanəli Mənsimovun 40 mərasimi təşkil olunub.

Metbuat.az bildirir ki, bu barədə "Palmali"nin mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.

1000-dən çox insanın iştirak etdiyi mərasimə elm, sənət, incəsənət, idman, siyasət adamları, şəhid ailələri və qazilər, o cümlədən ictimaiyyət nümayəndələri qatılıb.

Məhkəmə qərarı səbəbiylə Mübariz Mənsimov mərasimə qatıla bilməyib. İş adamı mərhum atasının məzarını ziyarət edənlərə canlı video bağlantı vasitəsilə minnətdarlığını çatdırıb. Mübariz Mənsimovun kövrək çıxışı atasının məzarı başına toplaşanları kövrəldib.







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR