Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib, onun həyatını xilas etmək mümkün olmayıb.
Metbuat.az xəbər verir ki, S.Qurbanov doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunacaq.
Hərbi qulluqçunun fotosunu təqdim edirik: