Münasibətlərdə ən qısqanc 3 bürc

Astrologiyaya görə bəzi bürclər digərlərindən daha qısqanc olmaları ilə seçilirlər.

Metbuat.az astroloqların müəyyən etdiyi həmin bürcləri təqdim edir:

Əqrəb

Əqrəb bürcü sevgini ən pik həddə yaşamağı xoşlayırlar. Qısqanclıq səviyyəsi ən yüksək bürc də əqrəbdir. Ortada bir səbəb olmasa da, partnyorunun əşyalarını, telefonunu yoxlamaq istəyirlər. Adətən hər kəsə şübhə ilə yanaşırlar. Qarşı tərəf sadiqlik imtahanını keçsə də, onların şübhəsi bitmir.

Buğa

Buğa bürcü altında doğulanlar adətən münasibətlərdə sadiq olurlar. Eyni sədaqəti qarşı tərəfdən də gözləyirlər. Daimi olaraq partnyorunun həyatını araşdırmağı sevirlər. Tərk edildikdə isə onların qısqanclıqları daha da artır.

Oğlaq

Oğlaq bürcü ailəsinə, dostlarına və partnyorlarına bağlı olurlar. Münasibətlərinə bütün qəlbi ilə bağlanan oğlaqlar fədakarlıqdan da qaçmazlar. Eyni münasibəti qarşı tərəfdən də görmək istədikləri üçün daim qısqanc davranışları müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı