"Ərimin qırxı çıxmamış mənə elçi düşdülər" - Xalq artisti

Xalq artisti Flora Kərimova şəxsi həyatı ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, "AStar" ayihəsinə qonaq olan sənətçi illər əvvəl ikinci həyat yoldaşı Faiq Şəfiyevin vəfatından dərhal sonra ona elçi gəldiyini etiraf edib.

Kərimova Faiq bəyin qırxı belə çıxmadan onun üçün gələn elçiləri rədd etdiyini bildirib:

"Faiq dünyasını dəyişəndə 40-ı çıxmamış mənə elçi düşdülər. Çox əsəbiləşdim. Dedim qorxurdunuz ki, gecikərsiniz? Onlar da dedilər ki, "Bəli qorxurduq ki, gecikərik". Evə gəlmişdilər. Dedim ki çıxıb gedin buradan. Hələ 40-ı çıxmamışdı".

Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. Onun ilk həyat yoldaşı cərrah İbrahim Topçubaşovdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı