Dünya yeni müharibənin astanasında - Hücum anonsu verildi

Burkina Faso və Mali Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə mümkün hərbi müdaxiləsinin onlara qarşı müharibə elanı olacağını bəyan ediblər.

Metbuat.az xəbər verir ki, Mali hökumətinin sözçüsü Abdoulaye Maiga Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerdəki xuntaya qarşı təşkil edə biləcəyi hərbi müdaxilə ilə bağlı Burkina Faso və Malinin birgə bəyanatını oxuyub. Bəyanatda qeyd edilir ki, Mali və Burkina Faso xalqları çevrilişdən sonra Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin sanksiyalarına məruz qalan Niger xalqı ilə həmrəydir. Açıqlamada deyilir ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigerə hərbi müdaxilə edərsə, bu, Burkina Faso və Maliyə müharibə elanı olacaq.

Açıqlamada, NATO-nun Liviyaya müdaxiləsində olduğu kimi, bu müdaxilənin də uzunmüddətli perspektivdə regionda sabitliyi pozacağı barədə xəbərdarlıq edilib. Bəyanatda müdaxilənin baş verəcəyi təqdirdə Mali və Burkina Fasonun Qərbi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxa biləcəyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı