Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyasının tərkibi dəyişdi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi dəyişib.

Metbuat.az xəbər verir ki, bu Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyi edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı