Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi GENİŞLƏNDİRİLDİ

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi genişləndirilib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri komissiyanın tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərmək tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı