Bakı həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək

Paytaxtımız avqustun 5-dən 13-dək on yeddi yaşadək həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız avqustun 5-i saat 17:15-də başlanacaq açılış mərasimindən sonra çıxacağı ilk oyunda Gürcüstan seçməsi ilə qarşılaşacaq. Ertəsi gün Sloveniya kollektivi ilə görüşəcək həndbolçularımız avqustun 7-də Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

Komandamız avqustun 9-da Litva millisi ilə oyunla qrup mərhələsini başa vuracaq. Azərbaycan millisinin bütün oyunları saat 18:00-da başlanacaq.

Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək.

Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda görüşlər olacaq.

Həmin gün saat 18:00-da final matçı ilə yarışa yekun vurulacaq.

Xatırladaq ki, Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Azərbaycan millisi ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları da mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı