Bakının bu rayonlarında qaz olmayacaq

Bakının Xətai rayonu üzrə Müşfiq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Saat 09:00-dan təmir işləri başa çatanadək “Qum Məişət(Qİİ)”, “Alko”, “Naximov”, “Müşfiq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı