Şəmkirdə ağır qəza - Ölənlər var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Ceyhun Ağazadə və 1965-ci il təvəllüdlü Cəmilə Bədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Fəxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR