Şagird yerdəyişməsinə bu tarixdən start veriləcək

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

    Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

    Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

    Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

    Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.

    İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

    Heydər Əliyev adına lisey;

    T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

    132-134 nömrəli təhsil kompleksi;

    T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

    İlyas Əfəndiyev adına Elitar gimnaziya;

    İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

    Zəngi liseyi;

    Bakı Avropa liseyi;

    “Ankara məktəbi” məktəb-lisey;

    Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

    Bülbül adına orta ixtisas musiqi məktəbi;

    Humanitar fənlər təmayüllü məktəb-lisey.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR