Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II raunda start verilib.
Metbuat.az xəbər verir ki, bu gün müxtəlif partiyalarda ilk gedişi müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və Qazaxıstan Şahmat Federasiyasının prezidenti Timur Turlov edib.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.