Xaricdə oxumaq istəyənlərin nəzərinə: Dövlət Proqramı başlayır

Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirlib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elanqeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.

Əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı