Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu km-lik hissəsində hər iki istiqamətdə olmaqla yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.