UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Astana”ya qol vuran Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emrelini məyus edib.
Metbuat.az xəbər verir ki, qitə futbol qurumu qarşılaşmada vurulan qolu futbolçumuzun adından silib.
Həmin qol “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi qeyd edilib.