PSJ yeni həmləsi ilə Mbappeni dizə gətirdi - Razılaşır

Kilian Mbappe ilə yeni müqavilə imzalaya bilməyən PSJ rəhbərliyi alternativ plana keçib.

Metbuat.az xəbər verir ki, Dembeleni heyətinə qatan PSJ, Mbappe qarşısında şərt qoyub. “Le10sport”un məlumatına görə, Mbappe PSJ-nin tələblərini yerinə yetirməsə o bütün mövsümü ehtiyatda qalacaq. Mbappenin azad agent kimi klubdan ayrılmasını istəməyən PSJ rəhbərliyi Mbappedən ya müqavilə yeniləməyi ya da başqa kluba transfer olmağı tələb edir. Dembelenin transferindən sonra əsas heyətdə yer almayacağını müşahidə edən Mbappe fikrini dəyişə bilər. Fransa mediası Mbappenin artıq fikrini dəyişmək üzrə olduğunu yazır. Çünki Mbappe bir il ehtiyatda qalsa o 2024-cü ildə futbol üzrə Avropa çempionatı üçün Fransa millisinin heyətinə çağrılmaya bilər.

Qeyd edək ki, Mbappe azad agent kimi klubdan ayrılaraq imza atacağı yeni klubundan ciddi gəlir əldə etmək istəyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı