Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata adlığı işsiz şəxslərin sayı 247 min 430 nəfərdir.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Belə ki, cari ilin 1 iyul tarixindəki vəziyyətində ölkədə ən çox işsiz şəxs Bakıda qeydiyyata alınıb. Ən az işsiz şəxslər isə Naxçıvan Muxtar Respublikasındadır.
Ümumlikdə ölkə üzrə qeydiyyata alınan 247 min 430 nəfərin 2568 nəfəri işsizlikdən sığorta ödənişi alır.
İqtisadi rayonlar üzrə göstəricilər belədir:
Bakı - cəmi 49 800
Naxçıvan Muxtar Respublikası - cəmi 439
Abşeron-Xızı iqtisadi rayonu - cəmi 9 375
Dağlıq Şirvan iqtisadi rayonu - cəmi 9 598
Gəncə-Daşkəsən iqtisadi rayonu - cəmi 15 338
Qarabağ iqtisadi rayonu - cəmi 30 705
Qazax-Tovuz iqtisadi rayonu - cəmi 16 835
Quba-Xaçmaz iqtisadi rayonu - cəmi 13 145
Lənkəran-Astara iqtisadi rayonu - cəmi 21 439
Mərkəzi Aran iqtisadi rayonu- cəmi 18 413
Mil-Muğan iqtisadi rayonu - cəmi 11 594
Şəki-Zaqatala iqtisadi rayonu - cəmi 20 139
Şərqi Zəngəzur iqtisadi rayonu - cəmi 17 973
Gülər Seymurqızı