"Threads" səs salacaq yeni funksiyanı İŞƏ SALIR

Sosial media nəhəngi "Twitter"ə rəqib olaraq yaradılan "Threads" yeni funksiyaları aktivləşdirməyə hazırlaşır.

Metbuat.az bildirir ki, şirkət yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb versiyasını işə salacaq. Bu barədə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq bildirib.

"Axtarış və veb versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq", - Zukerberq qeyd edib.

Qeyd edək ki, "Threads" proqramı iyulun 5-də meydana çıxıb. Yeni sosial şəbəkənin abunəçilərinin sayı istifadəyə verildiyi andan 30 milyona çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı