Xalq artistinin xanımı Nyu-Yorkun Metropolitan Operasını məhkəməyə verib

Rusiya və Avstriyanın opera müğənnisi Anna Netrebko Nyu-Yorkun Metropolitan Operasını məhkəməyə verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o, ləğv edilən tamaşalara görə 360 min dollar təzminat tələb edib.

İddianın Nyu-Yorkun Cənub Dairəsinə verildiyi bildirilir. Müğənninin sözlərinə görə, 2024-25-ci illər üçün nəzərdə tutulan tamaşaları ləğv edən teatr rəhbərliyi Netrebko ilə müqaviləni pozaraq ona qarşı milli mənsubiyyətinə görə ayrı-seçkilik edib.

İddiada aydın olur ki, teatrın direktoru Piter Qelbin açıqlamaları ictimaiyyətin Netrebkoya münasibətinə mənfi təsir göstərib, o cümlədən ona qarşı etirazlara səbəb olub. Bundan başqa, bildirilir ki, Metropoliten Operası rəhbərliyinin ifaçıdan Rusiya hakimiyyət orqanlarının dəstəyindən imtina etməsi tələbi müğənninin vətənində də tənqidlərə səbəb olub.

Netrebko bildirib ki, teatr rəhbərliyinin hərəkətləri onu Nyu-Yorkdakı mənzilini sərfəsiz satmağa məcbur edib və ona xeyli mənəvi ziyan vurub.

Xatırladaq ki, Anna Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, tenor Yusif Eyvazovun həyat yoldaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı