Ərdoğan və Putin Zəngəzur dəhlizini müzakirə edəcəklər - Türkiyə KİV

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi də müzakirə olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb.

Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr, Taxıl Sazişinin bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də Zəngəzur dəhlizi müzakirə ediləcək.

Müzakirələrdə Suriya məsələsi də yer alacağı bildirilir.

Qeyd edək ki, Putinin Türkiyəyə səfəri bu ay üçün gözlənilir. Səfərin dəqiq tarixi açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı