Avarçəkənlərimizin Çinin Çendu şəhərində təşkil olunan tələbələrin XXXI Yay Universiadasındakı çıxışları uğurlu nəticə ilə yadda qalıb.
Metbuat.az xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan Bəhmən Nəsiri təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququ qazanıb.
Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son ana qədər çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyən edilib. Bəhmən Nəsiri az fərqlə üçüncü yer tutaraq bürünc medala sahib olub.
Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.