Rusiya Qara dəniz üzərində ölkə sərhədinə yaxınlaşan ABŞ-ın “MQ-9A Reaper” tipli pilotsuz uçuş aparatına qarşı Su-30 qırıcı təyyarəsini havaya qaldırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Qara dəniz üzərində Rusiyanın hava məkanına yaxınlaşan hava hədəfi müəyyən edilib. Hava hücumundan müdafiə vəzifələrini yerinə yetirən Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-30 qırıcısı havaya qaldırılıb. Döyüş təyyarəsi Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını alıb. Rusiya təyyarəsinin yaxınlaşması ilə ABŞ PUA-sının Rusiya sərhədindən uzaqlaşdığı bildirilib.