“Oğlum övladının vəfatından xəbərsizdir” - Cığatel DANIŞDI

Ötən gün oğlu ilə nəvəsi avtomobil qəzasına düşən şair Cığatel İsaqızı yaşadığı faciədən sonra ilk dəfə açıqlama verib.

Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, şairə oğlu Ayazın övladlarını gəzməyə apardığını, lakin yolda ağır avtomobil qəzası keçirdiyini bildirib:“Oğlum Ayaz 10 yaşlı övladı Qasımov Süleymanın vəfatından xəbərsizdir. Özü hələ komadadadır. Biz hadisənin təfərrüratını bilmirik. Sadəcə, xəstəxanadan zəng vurub bizə qəza olduğunu dedilər. Mən soruşdum ki, Süleyman necədir? Hamı bu suala cavab verməkdən qaçdı. Nəvəm Cığatel dedi ki, atamın səsini eşitdim. Amma Süleymandan xəbər yoxdur. Nəvəm yerindəcə keçinib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR