Türkiyə Silahlı Qüvvələrinin hərbi inventarındakı ən güclü silahlardan biri kimi tanınan HİSAR-U raketinin bu həftə 850 kilometrlik sahədə sınaqdan keçirilməsi gözlənilir.
Metbuat.az "CNN"ə istinadən xəbər verir ki, sınaqlar Qara dənizdə 850 kilometrlik ərazidə keçiriləcək. Türkiyənin müdafiə sənayesindəki kritik addımlarından biri olan HİSAR-U sayəsində hava sərhədləri yerli və milli qaynaqlarla istehsal edilən texnologiyalarla qorunacaq.
Qeyd edək ki, ASELSAN və ROKETSAN-ın əməkdaşlığı ilə istehsal edilən HİSAR-U (SIPER) raketinin bu həftə Qara dənizdə sınaqdan keçirilməsi gözlənilir.