MİQ üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Metbuat.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumat verilib. Bildirilib ki, BŞTİ müdiri Mehriban Vəliyeva müsahibə prosesinin gedişatını izləyib.

Müsahibənin ikinci günü Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fransız dili, musiqi, rus dili, texnologiya fənləri üzrə müsahibələr təşkil olunub.

Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət edilib.

Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.

Müsahibələr avqustun 18-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı