Ölkəyə qanunsuz yollarla 91 kq narkotik gətirən daha iki nəfər tutulub - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, növbəti tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 2 nəfər DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Abşeron rayonu ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300 ədəd "Metadon" həbi aşkarlanıb.

Araşdırmlarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı "Səxavət" adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyən edilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı