Naxçıvanda vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib

Vərəsəliyə dair qanunsuz sənəd verməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Babək rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, xəbər verildiyi kimi, mayın 8-də Babək rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Eldəniz Hümbətov və İntizam Məmmədlinin qeyd olunan vəzifəsində işlədiyi zaman 2018-ci il iyulun 31-də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənəd vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Hümbətov və İntizam Məmmədliyə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham elan edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Babək rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı