Qarabağ erməniləri PENSİYA məsələsi ilə bağlı Bakıya zəng edirlər....

Qarabağda yaşayan ermənilər kütləvi şəkildə Bakıya müraciət edirlər.

Metbuat.az xəbər verir ki, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyevanın sözlərinə görə ermənilər əsasən "Vhatsapp" vasitəsilə əlaqə saxlayırlar.

Dilarə Əfəndiyeva bildirdi ki, Qarabağ erməniləri üçün yaradılan "Qaynar xətt"ə gələn müraciətlər daha çox Azərbaycan vətəndaşlığına keçməklə bağlı olur.

“Qaynar Xətt”ə müraciət edən ermənilərin bəziləri bildiriblər ki, Laçın yolundan keçmək üçün Rusiya sülhməramlıları onlardan rüşvət istəyir. Həmçinin, Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlı adamalar olduğuna görə, pensiya məsələsi ilə bağlı müraciətlər edirlər”,- deyə Dilarə Əfəndiyeva bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı