Qanunsuz işdən çıxarılan 48 nəfər əvvəlki işinə bərpa edilib

İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində ödənilməsi gecikdirilən 317 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, həmin vəsaitin 76%-i əmək haqları, 22 faizi müavinət və kompensassiyalar, qalan hissəsi isə zərərə görə ödənclər olub.

Həmçinin Xidmət əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 48 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub.

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, hesabat dövründə Xidmət tərəfindən 8091 sayda ərizə (şikayət) araşdırılıb, 4211 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 5108 vətəndaş fərdi qaydada qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı