Lənkəranda FACİƏ: 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb

Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı