Şəmkirdə ana və övladları çayda boğuldu

Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.

Eyni zamanda Kür çayında batanların anaları - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:25

Şəmkir rayonunda 2 nəfər Kür çayında batıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Kür çayının Şəmkir rayonunun Keçili kənd ərazisindən keçən hissəsində batan şəxslərin axtarışı üçün əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı