Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər Mülki müdafiə qoşunlarının sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin 2023-cü ilin Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, hal hazırda işğaldan azad olunan torpaqlarımızga geniş quruculuq işləri uğurla davam etdirildiyi bildirilib.

Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərirlər.

Tədbirdə çıxış edən gənc əsgər Yusif Hüseynov hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.

Valideyin Azər İsmayilov çıxışında bu günün valideynlər üçün çox qürurlu olduğunu qeyd edərək, bütün komandir heyətinə, övladlarının vətənə layiqli xidmət göstərməsi üçün hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını bildirib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı