Ümumi müsahibələrə 74 vakant vəzifə çıxarılıb - DİM

10 iyul 2023-cü il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Metbuat.az-a bildirilib ki, elan üzrə 15 dövlət orqanında mövcud olan 74 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə namizədlərlə 188 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Turizm Agentliyi, Maliyyə və iqtisadiyyat şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 23 avqust – 28 sentyabr 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı