“WhatsApp”da yenilik - Mesajlarınızı başqası oxuya bilməyəcək

Ən populyar mesajlaşma platformalarından olan “WhatsApp” veb versiyasına ekran kilidi funksiyasını gətirir.

Metbuat.az xəbər verir ki, bu barədə “ShiftDelete” məlumat verib. Bildirilir ki, tətbiqin veb-beta versiyasına yeni təhlükəsizlik funksiyası əlavə olunacaq. Yeni funskiya hazırda yalnız bəzi beta istifadəçiləri tərəfindən sınaqdan keçirilir. Ekran kilidi xüsusiyyəti ilə “WhatsApp” ekranı açarkən parol tələb edəcək. Parol daxil edilmədikdə, ekran açılmayacaq. Bu yeni funksiya xüsusilə ictimai yerlərdə “WhatsApp”ın açıq olduğunu unudanlar üçün faydalı olacaq.

Bu funksiyaya “Məxfilik” parametrləri bölməsindən daxil olmaq mümkün olacaq. Bu bölməyə daxil olduğunuz zaman “Ekran Kilidi” adlı bir seçim görəcəksiniz. Seçimi aktivləşdirdiyiniz zaman sizdən parol təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra hər dəfə “WhatsApp” veb səhifəsi açılanda parolu daxil etməli olacaqsınız.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı