Hamı 28 yaşlı bu azərbaycanlıdan danışır - FOTO

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Metbuat.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov turnirin yarımfinalına yüksəlməklə ictimaiyyətin diqqətini cəlb edib. O, gənc qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib. 28 yaşlı Nicat Abasovun yarımfinaldakı rəqibi dünya reytinqinin lideri norveçli Maqnus Karlsen olacaq.

Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Ümumilikdə turnir avqustun 26-dək davam edəcək.

Xatırladaq ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Şahmat tacı uğrunda Bakıda ilk mübarizə 2015-ci ildə keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı