"General-mayor" rütbəsi alan Babək Ələkbərov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev polkovnik Babək Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verib.

Metbuat.az xəbər verir ki, Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub.

Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb.

2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub.

Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.

Ona İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı