Azərbaycan millisinin oyunlarının məkanı müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kipr yığmasına qarşı matç sentyabrın 22-də, saat 17:00-da “Dalğa Arena”da baş tutacaq.

Yığma bundan 4 gün sonra, saat 20:00-da səfərdə Monteneqro ilə qarşılaşacaq. Bu görüş Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR