17 iyul-13 avqust müddətində dünyada koronavirusa 1 milyon 400 mindən çox yoluxma qeydə alınıb.
Metbuat.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, həmin müddətdə koronavirusdan ölənlərin sayı isə 2 min 300-dən çox olub.
ÜST bəyan edib ki, mayın 5-də elan edilən fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 virusu qlobal təhlükə mənbəyi olaraq qalır. Qurum bununla bağlı ölkələri diqqətli olmağa, müşahidə və hesabat aparmağa, yüksək riskli qrupları peyvəndlə təmin etməyə, ventilyasiyanı yaxşılaşdırmağa çağırıb.