Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub.
Metbuat.az "Report"a istinadən bildirir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.
Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.
R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.