Ramosdan imtina edib, türk futbolçunu aldılar

İtaliyanın “Atalanta” klubunda çıxış edən Merih Demiral Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, İtalyan jurnalist Nikolo Şiranın məlumatına görə, Türkiyəli millisinin üzvü Səudiyyə Ərəbistanı klubu ilə ilə 3 illik müqavilə imzalayıb. Merihin "Al Ahli"dən illik 10 milyon avro məvacib alacağı bildirilir. “Əl-Əhli” bu transfer üçün “Atalanta”ya 20 milyon avro ödəyəcək. 25 yaşlı futbolçunun sabiq komandası "Yuventus"un da müqavilə şərtlərinə uyğun olaraq bu transferdən 10 faizlik pay alacağı bildirilib.

Qeyd edək ki, əslində Serxio Ramosun “Əl-Əhli” klubuna transfer olacağı iddia edilirdi. Lakin klub Ramosun əvəzinə Demiralı transfer edib. Bu mövsüm etdiyi transferlərlə diqqət çəkən “Əl Əhli”, Riyad Mahrez, Roberto Firmino, Edouard Mendi və Frank Kessie kimi ulduz futbolçuları heyətinə cəlb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı