"Özü 4-5 dəfə ərə gedib, ekspert kimi efirə çıxır" - Tanınmış aparıcı

"Bəzən sosial verilişlərdə ekspert qismində əyləşənlər mövzuya, efirə çıxarılan şəxslərə etiraz edirlər. O, ekspertlərin biabırçılıqları, vallah, efirə çıxanlardan 35 dəfə çoxdur. Elə olub ki, mənə bir neçə nəfəri məsləhət görüblər, efirimə ekspert kimi çağırmışam. Sonra maraqlanmışam ki, həmin şəxsin həyat tərzi, yaşayışı "apar, tulla"dır. Bəzi verilişlərdə elə ekspertlər var ki, özünün yataq, erotika pozları sosial şəbəkələri bəzəyir, 4-5 dəfə ərdə olub, amma gətirib ekspert kimi oturdublar. Bizdə də belə hal yaşanıb, illərlə tanımadığım bir ekspert var idi, sonradan bilmişəm ki, nə qələtlər edib və efirdən uzaqlaşdırmışam".

Metbuat.az "Yenisabah.az"a istinadən bildirir ki, bu sözləri tanınmış aparıcı Amil Xəlil deyib. Teleaparıcı deyir ki, yerli telekanalları, oradakı layihələri tənqid edən kütlə xarici telekanallardakı biabırçı verilişləri bəh-bəhlə izləyir:

"İnsanların bizim verilişlərimizi tənqid edirlər, istəsələr biz sovet dövrünün televiziya formatına qayıda bilərik. Mənim ən böyük arzum Milli Məclisdə televiziyalarla bağlı söhbətin olmasıdır və istəyirəm ki, deputatların, sədrin qarşısında çıxış edim. Elə problemlər var ki, istəyirəm orada deyim. Çünki bizim əlimizdə kütlə az qalıb, vaxtında bu işə nəzarət edənlər 90-cı illərdə rüşvət alıb gətirib yad kanalları ölkəyə keçirtdilər. İndi camaat iki yol arasında qalıb. Ölkədə xarici telekanalların yayımını qadağa etsinlər, biz əmin olaq ki, Həsən, Abdulla gecə 12-də azyaşlı uşaqları ilə oturub 18+ seriallara baxmır, ondan sonra biz də onların dediyi formatda verilişlər hazırlayarıq, "biabırçı" adlandırdıqları mövzuları efirə çıxarmarıq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı